لطفا جاوا اسکریپت را فعال نمایید
Yandır məktublarımı Hər sətir üstündə titrəyib əlim,
هر سطیر اوستونده تیتره ییب الیم
Sətirlər qəlbimdən od alıbdılar
سطیرلر قلبیمدن اود آلیبدیلار
Mən sənə bir dəfə aldandım gülüm,
من سنه بیر دفعه آلداندیم گولوم
Məktublar ömürlük aldanıbdılar
مکتوبلار عؤمورلوک آلدانیبدیلار Məni xatırlama özgə ol, yad ol,
منی خاطیرلاما اؤزگه اول یاد اول
Oyuncaq olmasın məktublar barı,
اویونجاق اولماسین مکتوبلار باری
Ömründə bircə yol alicənab ol
عؤمرونده بیرجه یول عالیجناب اول
Yandır xatirəmi o məktubları. یاندیر خاطیره می او مکتوبلاری
Orda ürəgimin harayı ahı
اوردا اورگیمین هارایی آهی
Qəlbimin utancaq sevdası yatır.
قلبیمین اوتانجاق سئوداسی یاتیر
Orda vüqarımın sınma günahı
اوردا ووقارمین سینما گوناهی
Kövrək bir nəğmənin sədası yatır کؤورک بیر نغمه نین صداسی یاتیر
Dağılar şöhrətin dumanı çəni
داغیلار شؤهرتین دومان چنی
Udar bir ac balıq inci tək səni
اودار بیر آج بالیق اینجی تک سنی
Yazdığım sətirlər ac toxum kimi
یازدیغیم سطیرلر آج توخوم کیمی
Bir gün göz yaşını içəcək sənin بیر گون گؤز یاشینی ایچه جک سنین
Məktublar içində nəyim nələrim
مکتوبلار ایچینده نه ییم نه لریم
Alovlu sətirlər gizli qəm kimi
آلوولو سطیرلر گیزلی قم کیمی
Yandır məktubları xatirələrim
یاندیر مکتوبلاری خاطیره لریم
yansın Külə dönsün qoy kərəm kimi
یانسین کوله دؤنسون قوی کرم کیمی
Sənə ümid dolu dikilən gözlər
سنه اومود دولو دیکیلن گؤزلر
Yenə xatirədə donub qalandır.
یئنه خاطیره ده دونوب قالاندیر
Əlim əsə-əsə yazdığım sözlər
الیم اسه اسه یازدیغیم سؤزلر
O zaman düz idi indi yalandır.
او زامان دوز ایدی ایندی یالان دیر Həyatın özündə sınadım səni,
حیاتین اؤزونده سینادیم سنی
Demə bahar idim indisə qışam,
دئمه باهار ایدیم ایندیسه قیشام
Yaxşı ki, sonradan tanıdım səni,
یاخشی کی سونرادان تانیدیم سنی
Yaxşı ki ömürlük aldanmamışam
یاخشی کی عؤمورلوک آلدانمامیشام