یـــــــــــــول
چوخداندیر سنین گلیشینی آختاریر گؤزلریم، سن گله جکسن توزا تورپاغا بلنمیش داشا چینقیلا قاریشمیش و آلیشقان تیکانلارا قاتیشمیش، اوزریمه باخمادان حسرت دولو باخیشلاریما سون قویاجاقسان. گؤودم اوستونده آدیملایاراق حسرت ایله اؤپوشوب نیفرت ایله قول بویون ویدالاشاجاقسان. سن گله جکسن سینه م اوستونده آیاقلار دؤیه جکسن؛ من ایسه آیاقلارینلا اؤپوشوب یئنی بیر باریشیق قوراجاغام سنین له.
گل، گل ... کئچ منی قورتار؛ سونومدا ان گؤزه ل گونلر سنی گؤزله ییر.
باشلانیش، قورتولوش، ابدی باریش و سون درجه یاشاییش .
من یولام دوغرو یول.
Yol
Çoxdandır sənin gəlişini axtarır gözlərim, sən gələcəksən toza torpağa bələnmiş, daşa çınqıla qarışmış, və alışqan tikanlara qatişmış, üzərimə baxmadan həsrət dolu baxışlarıma son qoyacaqsan. gövdəm üstündə addımlayaraq həsrətilə öpüşüb nifrətilə qol boyun vidalaşacaqsan. sən gələcəksən sinəm üstündə ayaqlar döyəcəksən; mənisə ayaqlarınla öpüşüb yeni bir barışıq quracağam səninlə
Gəl, gəl … keç məni qurtar sonumda ən gözəl günlər səni gözləyir
Başlanış, qurtuluş, əbədi barış və son dərəcə yaşayiş
Mən yolam doğru yol