Behcətabad Xatirəsi
,Ulduz sayaraq gözləmişəm hər gecə yarı
.gec gəlmədədir yar, yenə olmuş gecə, yarı
.Gözlər asılı, yox nə qaraltı, nə də bir səs
.batmış qulağım, gör nə döşürməkdədi darı
.Bir quş <<Ayığam!>> söyləyərək, gahdan iyildər
.Gahdan onu da yel deyə lay-lay hüş aparı
.Yatmış hamı, bir Allah oyaqdir, daha bir mən
.məndən ağaşə kimsə yox, ondan da yuxarı
,Qorxum budu yar gəlməyə, birdən yarıla sübh
!bağrım yarılar, sübhüm açılma, səni tarı
!Dan ulduzu istər çıxa, göz yalvarı çıxma
.o çımasa da, ulduzumun yoxdu çıxarı
Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh
.qaş beylə ağardıqca, daha baş da ağarı
,Eşqin ki, qərarında vəfa olmayacaqmış
?bilməm ki, təbi ət niyə qoymuş bu qərarı
Sankı xoruzun son banı, xəncərdi soxuldu
sinəmdə ürək varsa, kəsib qırdı damarı
!Rişxənd ilə qırcandı səhər, söylədi: durma
Can qorxusu var eşqin, uduzdun bu qumarı
Oldum qara gün, ayrılalı ol sarı teldən
bunca qara günlərdir edən rəngimi sarı
,Göz yaşları hər yerdən axarsa, məni tuşlar
.dəryayə baxar, bəllidi, çayların axarı
Əzbəs məni yapraq kimi hicranda saraldıb
.baxsan üzüünə sanki qızıl güldü, qızarı
,Mehrab şəfəqdə sözüm səcdədə gördüm
.qan icrə qəmim yox, üzüm olsun sənə sarı
Eşqi varıdı(Şəhriyar)ın güllü-çiçəkli
.əfsus qara yel əsdi, xəzan oldu baharı