Gözümün yaşları
Yar hər yerə mənlən getdi
əcəl gəlcək, onlan getdi
dayan, gəlim yola salım
xoş günüm də sənlən getdi
Xəzan gəldi gül apardı
bir gözəl bülbül apardı
yanmışdım mən, kül olmüşdum
.yel də gəldi, kül apardı
Ürəyimin həmdəmidin
hər sirrimin məhrəmidin
özün yara olmamışkən
.hər yaranın mərhəmidin
Elim getdi, ölüm qaldı
alovlandım, külüm qaldı
,uçurdu bülbülüm bağdan
deyəydi bir gülüm qaldı
Üzüyüm qaşsız qaldı
çəmənim
quşsuz qaldı
ay aman <<iqbal>> getdi
eşq tacı başsız qaldı
Yarı kaş görməyədim
günü xoş görməyədim
gedeydim onnan belə
yerin boş görməyədim
Navar)ın kisin tutduq)
iqbalın səsin tutduq
navarda toy tutmamış
.iqbalın yasın tutduq
Yükümü çatdım mən də
!qoy gedim itim mən də
iqbal>> tək atam ölüb>>
qalmışam yetim mən də
Gün budağı dolmayadı
dolurdu da solmayaydı
ya bən (i) Adəm ölməyəydi
ya təkindən olmayaydı
Sənlə getdi xoş hayatım
altmış illik xatiratim
sankı ağzımda dad öldü
zəhərimış qəndim-nabatım
Üzdüm əl bir nazlı yardan
günəş üzlü gül üzardan
elə bir parlaq cavahir
bir də doğmaz ruzgardan
Elə səs, eylə münacat
elə təsxiri səmavat
elə tövfiq ilə dovran
!bir də heyhat, bir də heyhat
Baxdım qələm qaşına
yazdım qəbir daşına
səndən sora kül olsun
bu dünyanın başına