آياق يالين گزير سئوگيلر كوچه ده
هانسي آرابانين جامين سيله جك قدر،ديلنچي ليك دن اوتانجدا
بير آغير خسته ليك دن قورتاران كيمي ،خاطيرلاييرام سئوگي دولو آنيلاري
او سون اؤپوشده كي آجينيدا
سينميش اوره يينين قيرينتيلاري هله ده پارچالايير دوداقلاريمي
یوخودان اويانيرام
شيرين رؤيالاريمين نسلي تؤكندي
ايلك و سون ياشاديغيم هيجاندان بيراز سونرا
هرنه بيتدي،اؤلوم كيمي بير شي دئسم
بلكه بير ديل اوزوماني دئيه جك
ندن
ديليم "سئوگي"سؤزجويونو بير داها توتماييرsəid füyuzat
..............
سعيدفيوضات 16/7/91
Ayaq yalın gəzir sevgilər küşədə
hansı arabanın camın siləcək qədər utancda
bir ağır xəstəlikdən qurtaran kimi xatırlayıram sevgi dolu anıları
o son öpüşdəki acınıda
sınmış ürəyinin qırıntıları hələdə parçalayır dodaqlarımı
yuxudan oyanıram
şirin röyalarımın nəsli tükəndı
ilk və son yaşadığım həyəcanımdan bir az sonra
hər nə bitdi ölüm kimi bir şey desəm
bəlkə bir dil uzmanı deyəcək
nədən
dilim sevgi sözgüyünü bir daha tutmayır