***
مئترودا چیچک ساتیرام
گئتمه یه تله سن اینسانلار کیمی یوخ
قالماغا اینانان اللریمله
سنی دوشونورم...
نه آزادلیق هاواسی وار باشیمدا
نه اینقیلاب
نه ساواش هوسی ، نه باریش
هر شئی دونن کیمی دیر، هر شئی صاباح کیمی
بیر اوشاغین یوخوسوندا
بوردا
تهران مئتروسوندا
1
گون دوغمادان واگن لاردا
دوراق – دوراق
چیچک... چیچک
چیچک ساتیرام
2
قلبیمه یاخین اللریمه باخ
قار چیچه یی اللریمده، گونش چیچه یی، آی چیچه یی
هر ساعات، گئجه دیر مئترودا
نه گونش ایزی وار، نه آی ایشیغی
نه قارا قیش گونلری
نه یای،دنیز هاواسی
نه آزادلیق، نه حسرتی
هر شئی دوراق آدیدیر،مئیدان آدی، هم آزادلیق هم...
یاشاماغا تله سن انسانلارین تر قوخوسو
آج قارینلارین یئتیم سسی
آج گؤزلرین، آج اورکلرین کیفلنمیش کؤپویو
یاغیش یاغسادا بیلیرم
نه اللریم ایسلاناجاق نه اوره ییم
نه شهر قوخوسو وئرن چیچکلریم
3
شهرین ان یورقون یئریندن باشلانیر تئرن
سن یورقون، من یورقون،تئرن یورقون
اوزون- اوزون سریلیر یوخولارا
یاریر شهرین باغرین
هئچ تئرنین ایچینده یوخسان
هئچ تئرن ده شعر یوخ
سئوگی یوخ
سن... یوخ
بیر من وارام، بیر اللریم، چیچک ساتان اللریم
4
هر دوراقدا گؤرونورسن
بیرآز یورقون،بیراز آرغین
قاپینیزدا دوشه جه یم
اینقیلابدان بیراز سونرا
آزادلیغا بیراز یاخین
- اینقیلاب و آزادلیق مئیدانی: تهراندا ایکی مشهور مئیدان آدلاری
11 مرداد 1391- مصطفی شیخ پور
Tehran metrosu
Mustafa şeyxpur
***
Metroda çiçək satıram
getməyə tələsən insanlar kimi yox
qalmağa inanan əllərimlə
səni düşünürəm...
nə azadlıq havası var başımda, nə inqilab
nə savaş həvəsl
nə barış
hər şry dünən kimidir
hər şey sabah kimi
bir uşağın yuxusunda
burda
tehran metrosunda
1)
Gün doğmadan vaqonlarda
duraq- duraq
Çiçək... çiçək...çiçək satıram
2)
Qəlbimə yaxın əllərimə bax
qar çiçəyi əllərimdə
günəş çiçəyi. ay çiçəyi
hər saat gecədir metroda
nə günəş izi var nə ay ışığı
nə qara qış günlərı
nə yay, dəniz havası
nə azadlıq,nə həsrətı
hər şey duraq adıdır, meydan adı
həm azadliq həm...
yaşamağa tələsən insanların tər qoxusu
ac qarınların yetım səsı
ac gözlərin ac ürəklərin kiflənmiş köpüyü
yağış yağsada bilirəm
nə əllərim islanacaq nə ürəyim
nə şəhər qoxusu verən çiçəklərim
3)
Şəhərin ən yorqun yerindən başlanır trən
sən yorqun mən yorqun trən yorqun
uzun- uzun sərilir yuxulara
yarır şəhərin bağrın keçir
heç trənin içində yoxsan
heç trəndə şeir yox
sevgi yox
sən... yox
bir mən varam bir əllərim
çiçək satan əllərim
4)
Hər duraqda görünürsən
biraz yorqun biraz arğın
qapınizda düşəcəyəm
inqilabdan biraz sonra
azadlığa biraz yaxın
- Inqılab və Azadlıq tehranda iki məşhur meydan adları
mustafa şeyxpur-2012