****************************
بیز خوشبخت اولمادیق سئونلر کیمی
ایندی سون باهار تک سیزلار قلبیمیز
بئلک دونیایا گلمیشیک گولوم
آرتیراق دونیانین حسرتینی بیز
تنه ده گیلئی داها عبث دیر
بو سیر لی رویادان آیریلاق گرک
یا سن گئجیکمیسن یا من تلسدیم
ایندی سئوه سئوه آیریلاق گرک
کؤنول گیزلی گیزلی یاناجاق ایندی
بیر داملا گؤز یاشین دنیز دیر منه
بیزه خاطیره لر قالاجاق ایندی
سنین خاطیرن عزیز دیر منه
بیلیرم بو حسرت اۆزجک سنی
چالیش کؤلگه کیمی سورون می یسن
گؤزلریم هر زامان گزجک سنی
چالیش گؤزلریمه گؤرونمه یه سن
*************************************
Seve seve ayrilaq
Biz xoşbəxt olmadiq sevənler kimi
Indi son bahartək sizlar qəlbimiz.
Belək bu dünyaya gelmişik gülüm
Artiraq dünyanin həsretini biz
Tənə de,giley daha əbəsdir,
Bu sirli röyadan ayrilaq gərək.
Ya sən gecikmisen ya mən tələsdim,
Indi sevə-sevə ayrilaq gərək
Könül gizli –gizli yanacaq indi,
Bir damla göz yaşin dənizdir mənə.
Bizə xatirələr qalacaq indi,
Sənin xatirən də əzizdir mənə….
Bilirəm.bu həsrət üzəcək səni,
Çaliş kölgə kimi sürünməyəsən.
Gözlərim hər zaman gəzəcək səni,
Çaliş, gözlərimə görünməyəsən.
nüsrət kəsmənli
|